19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.
B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.
10:45
Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 Şimali İrlandiya ilə qarşılaşacaq.
Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.
