“Arsenal” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonu transfer etməyi düşünür.
İdman.Biz-in “Caught Offside”a istinadən məlumatına görə, “Mançester Siti” və “Çelsi” də 23 yaşlı futbolçu ilə maraqlanır.
Mənbənin məlumatına görə, “Forest” Andersonun transferi üçün 100 milyon funt sterlinqdən (115 milyon avro) çox pul tələb edə bilər.
Bu mövsüm Anderson bütün yarışlarda 41 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.
