Toni Kroos bu mövsüm “Real Madrid”in liderini açıqlayıb

27 Mart 2026 23:16
68
Toni Kroos bu mövsüm “Real Madrid”in liderini açıqlayıb

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Toni Kroos bu mövsüm “Los Blancos”un heyətinin liderini açıqlayıb.

İdman.Biz bu barədə “Marca”ya istinadən bildirir.

“Federiko Valverde bütün komandanı öz üzərinə götürüb. Ümid edirəm ki, bu, uzun müddət davam edəcək, çünki onunla çox yaxşı münasibətim var; o, mənim dostumdur”, - Kroos deyib.

Valverde bu mövsüm klubun heyətində bütün yarışlarda 42 oyun keçirib, səkkiz qol vurub və 12 məhsuldar ötürmə edib.

İspaniya liqasının əvvəlki oyununda oyunçu 77-ci dəqiqədə “Atletiko Madrid”in oyunçusu Aleks Baenanın ayağını tapdaladığı üçün qırmızı vərəqə almışdı.

La Liqada 29 oyundan sonra “Real Madrid” 69 xalla turnir cədvəlində ikinci yerdədir və "Barselona"dan dörd xal geridədir.

İdman.Biz