Ukrayna yığmansı İsveçlə oyundan əvvəl İspaniyada qarət edilib - The Sun

27 Mart 2026 22:43
121
Ukrayna yığmansı İsveçlə oyundan əvvəl İspaniyada qarət edilib - The Sun

Futbol üzrə Ukrayna millisi 2026-cı il dünya çempionatı seçmə mərhələsinin yarımfinal pley-off mərhələsində İsveçlə oyundan (1:3) əvvəl İspaniyada qarətə məruz qalıb.

İdman.Biz bu barədə “The Sun”a istinadən məlumat verir.

Ukrayna millisi Benidorm şəhərində pley-off matçına hazırlaşarkən oğrular otelə giriblər. Oyunçular saatların və bir neçə min avro dəyərində lüks əşyaların, eləcə də nağd pulun oğurlandığını aşkar edərək şoka düşüblər.

İsveç milli komandası Polşa ilə qarşılaşacağı son pley-off mərhələsinə yüksəlib.

İdman.Biz