“Barselona”nın cinah oyunçusu Runi Barci Hans-Diter Flikin komandasında dəstək rolu ilə bağlı suala cavab verib.
İdman.Biz xəbər verir ki, Barci ötən yay “Barselona”ya qoşulub.
“Xeyr, mən 100% xoşbəxt deyiləm, amma bu, futboldur.
Uzun müddətdir komandada olanlara böyük hörmətim var, çünki onlar mənim komanda yoldaşlarımdır. Nəyə qadir olduğumu bilirəm və özümə çox əminəm”, - deyə AS Barcinin sözlərini sitat gətirir.
Bu müddət ərzində cinah oyunçusu bütün yarışlarda 22 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.
