Kaysedo “Real”a keçidi barədə: “Çelsi” ilə müqaviləm var, orada əfsanə olmaq istəyirəm”

25 Mart 2026 00:24
128
Kaysedo “Real”a keçidi barədə: “Çelsi” ilə müqaviləm var, orada əfsanə olmaq istəyirəm”

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo “Real Madrid”ə mümkün transferi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, onun London klubu ilə hazırkı müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.

“Klubumla müqaviləm var və Tanrının köməyi ilə, orada əfsanə olmaq istəyirəm. Klubuma diqqət yetirirəm və yaxşı çıxış edirəm”, - deyə “El Chiringuito” Kaysedonun sözlərini sitat gətirir.

Moyses 2023-cü ildə “Brayton”dan “Çelsi”yə keçib. 24 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 41 oyunda iştirak edib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, ekvadorlu yarımmüdafiəçinin bazar dəyəri 110 milyon avrodur.

İdman.Biz