Maqalyayns Braziliyanın Fransa və Xorvatiya ilə oyunlarını buraxacaq

23 Mart 2026 23:40
149
Maqalyayns Braziliyanın Fransa və Xorvatiya ilə oyunlarını buraxacaq

Braziliya Futbol Konfederasiyasının rəsmi sosial media hesabına görə, “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Magalyayns milli komandanın Fransa və Xorvatiya ilə yoldaşlıq oyunlarını buraxacaq.

İdman.Biz bildirir ki, 22 martda “Mançester Siti” ilə İngiltərə Liqa Kuboku finalından (0:2) sonra oyunçu sağ dizindəki ağrıdan şikayətlənib.

Test nəticələri Magalyaynsın FIFA beynəlxalq oyunlarında iştirak edə bilməyəcəyini təsdiqləyib. Əvəzedici oyunçu planlaşdırılmır.

Fransa ilə oyun 26 martda, Xorvatiya ilə oyun isə 1 apreldə keçiriləcək.

2026-cı il dünya çempionatında Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə C qrupunda oynayacaq.

İdman.Biz