“Real Madrid”in mərkəz müdafiəçisi Antonio Rüdiger “Yuventus”la iki illik müqavilə üçün danışıqlara başlayıb.
İdman.Biz bu barədə “Tuttosport”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, alman oyunçu “Roma”da oynadığı vaxtdan bəri Rüdigerlə yaxşı münasibətləri qoruyan baş məşqçisi Luçano Spalletti olan Turin klubu üçün prioritet hədəfə çevrilib.
“Ağ-qaralar” 33 yaşlı müdafiəçinin müqaviləsini daha bir il uzada bilər. “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa onun komandada qalmasını istəyir.
Rüdiger bu mövsüm bütün yarışlarda 17 oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 9 milyon avrodur.
