“Mançester Yunayted” və “Liverpul” “Fulhem”in sol cinah müdafiəçisi Entoni Robinsonla maraqlanır.
İdman.Biz bu barədə “Caught Offside” saytına istinadən bildirir.
Mənbəyə görə, London klubu 28 yaşlı futbolçunu 30-40 milyon funt sterlinq (35-45 milyon avro) dəyərində qiymətləndirir. “Mançester Yunayted” və “Liverpul” oyunçunun yaşını nəzərə alaraq bu məbləği ödəməyə hazır olub-olmadığından əmin deyillər.
Robinson bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
