“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde fevral ayında İspaniya komandasının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, altı matçda yarımmüdafiəçi bir qol vurub və üç məhsuldar ötürmə edib.
“Bu mükafatı yenidən aldığım üçün çox qürur duyuram; xoşbəxtəm. Bu, yaxşı nəticələr əldə etməyimə kömək edən komanda yoldaşlarıma təşəkkür edirəm. İnanıram ki, yaxşı impuls və enerjimiz var. Komanda ötən ay etdiklərimizə diqqət yetirir. Hər şeydən çox məmnunam.
Komanda birləşib və hər kəs birlikdə mübarizə aparır. Aydındır ki, hamımız birlikdəyik, bu mövsüm qalan hər bir titulu qazanmaq əzmindəyik. Ən əsası odur ki, özünü sübut etmək imkanı qazanan gənclər akademiyasının oyunçuları da daxil olmaqla, hər bir oyunçu “Real Madrid”in yüksək nəticələr əldə etməyə davam etməsi üçün əlindən gələni edir”, - Valverde “Real Madrid”in rəsmi saytında bildirib.
