Azərbaycanda bədii gimnastika üzrə açıq regional birinciliyin yeniyetmələr kateqoriyasının qalibləri məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

19 Mart 2026 15:06
225
Azərbaycanda bədii gimnastika üzrə açıq regional birinciliyin yeniyetmələr kateqoriyasının qalibləri məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

Abşeron Olimpiya İdman Kompleksində keçirilən Azərbaycanın açıq regional birinciliyi bədii gimnastika üzrə yeniyetmələr kateqoriyasının qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, fəxri kürsüyə çıxan gimnastlar bunlardır:

1-ci yer - İnci İsmixanlı (“Ocaq Sport” klubunun Sumqayıt bölməsi)

2-ci yer - Xədicə Hüsüyeva (“Ocaq Sport” klubunun Abşeron bölməsi)

3-cü yer - Nuray Bədirli (“Ocaq Sport” klubunun Xırdalan bölməsi)

14:23

Abşeron Olimpiya İdman Kompleksində keçirilən Azərbaycanın açıq regional birinciliyi bədii gimnastika üzrə ilk qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, ən aşağı yaş qrupunda fəxri kürsüyə çıxan gimnastlar bunlardır:

1-ci yer - Nuray Dolçayeva (“Ocaq Sport” klubunun Sumqayıt bölməsi)

2-ci yer - Hümeyra Zamanova (“Ocaq Sport” klubunun Xırdalan bölməsi)

3-cü yer - Pəri Əhmədxanova (“Ocaq Sport” klubunun Xırdalan bölməsi)

İdmançıların mükafatlandırılması davam edir və bu gün yeniyetmələr və gənclər kateqoriyalarında da ən yaxşı gimnastlar müəyyən olunacaq.

12:37

Bu gün bədii gimnastika üzrə Açıq Region Birinciliyi keçirilir.

İdman.Biz xəbər verir ki, yarış Abşeron Olimpiya İdman Kompleksində baş tutur.

Ölkənin müxtəlif regionlarını təmsil edən gənc gimnastlar turnirdə öz bacarıqlarını nümayiş etdirirlər.

İdman.Biz