Türkiyə Superliqasında 27-ci turun növbəti oyunları keçirilib.
İdman.Biz bildirir ki, turun mərkəzi matçında “Beşiktaş” “Kasımpaşa”nı qəbul edib.
Matç 2:1 “Beşiktaş”ın xeyrinə qurtarıb. “Qara qartallar” bu qələbədən sonra 52 xalla dördüncü yerdədirlər.
“Kayserispor” – “Fatih Karagümrük” və “Konyaspor” – “Gənclərbirliyi” matçları isə 1:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.
