“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalında PSJ ilə keçirəcəkləri oyunlar barədə danışıb.
İdman.Biz bildirir ki, “Liverpul” və PSJ arasında Çempionlar Liqasının dörddəbir final oyunları 8 və 14 apreldə keçiriləcək.
“Keçən mövsüm onlar səfərdə bizi tamamilə üstələdilər və evdə penaltilərdə uduzduq. Bu mövsüm onlar yavaşlamadılar, amma 1/8 finaldakı oyunumuzdan sonra bizimlə oynamaqdan narazı qalacaqlar”, - deyə TNT Sports Slotdan sitat gətirir.
Keçən mövsüm Fransa klubu “Liverpul”u 1/8 finalda yarışdan kənarlaşdırıb.
Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puskas Arena”da mayın 30-da keçiriləcək.
