“Arsenal” Eddi Nketianı satmayacaq

Xəbərlər
30 Dekabr 2023 01:04
118
“Arsenal” Eddi Nketianı satmayacaq

“Arsenal” Eddi Nketia üçün verilən transfer təklifindən imtina edib.

İdman.biz xəbər verir ki, hüçumçu ilə “Kristal Pelas” yaxından maraqlanır.

Bu mövsümdə “Arsenal”ın heyətində nadir hallarda meydana çıxan Eddi bir çox klubun transfer siyahısına daxil olub. “Kristal Pelas”ın yanvarda forvardı transferi üçün qarşı tərəfə ilk təklifi uğursuz alınıb. Komandanın 24 yaşlı futbolçu üçün növbəti təklif verəcəyi gözlənilsə də, "topçular"ın onu satmayacağı bildirilir.

Qeyd edək ki, Nketianın transfer qiyməti 35 milyon avro dəyərləndilir.

İdman.biz

Məqalədə: