“Barselona” “İnter”in oyunçusu Alessandro Bastoni üçün transferi nəzərdən keçirir.
İdman.Biz-in Sport.es-ə istinadən məlumatına görə, Kataloniya klubu oyunçunu əldə etməkdə maraqlıdır, çünki “blauqrana”nın yaxşı ötürmə qabiliyyətinə malik sol ayaqlı mərkəz müdafiəçisinə ehtiyacı var.
Nəşrin məlumatına əsasən, italyan futbolçu güclü müdafiə və hücum bacarıqlarını birləşdirdiyi üçün İspaniya komandasına tez uyğunlaşmalıdır. Bundan əlavə, Bastoni iki və ya üç nəfərlik mərkəz müdafiəsində oynaya bilər. Daha əvvəl mətbuatda “blauqrana”nın oyunçuya ən azı 70 milyon avro dəyərində qiymət verdiyi bildirilirdi.
Bu mövsüm italyan futbolçu bütün yarışlarda 35 oyunda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
