UEFA Avropa Liqasında 1/8 finalın bir oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, Portuqaliyanın “Braqa” klubu Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edib.
Matç 4:0 hesabı ilə “Braqa”nın xeyrinə qurtarıb.
Qolları Rikardu Orta (11, 53), Florian Qrilliç (15) və Qabri Martines (34) vurublar.
Bu komandaların ilk oyunu 2:0 hesabı ilə “Ferentsvaroş”un xeyrinə başa çatmışdı.
Beləliklə, “Braqa” Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.
