Vensan Kompani: “Atalanta”nın matça necə yanaşacağını demək çətindir”

18 Mart 2026 19:55
105
Vensan Kompani: “Atalanta”nın matça necə yanaşacağını demək çətindir”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu – “Atalanta” ilə matç barədə danışıb.

İdman.Biz xəbər verir ki, Almaniya komandası ilk oyunda 6:1 hesabı ilə qalib gəlib.

“Onların bu matça necə yanaşacaqlarını demək çətindir. Buna yalnız rəqib məşqçi cavab verə bilər. Bizim oyunumuzdan sonra “İnter”ə qarşı çox çətin bir oyun keçirdilər. Onlar çox yaxşı nəticə əldə etdilər, müdafiədə möhkəm oynadılar və hücumda aqressiv oldular, bu da “İnter”ə çoxlu problem yaratdı. Biz hər şeyə hazır olacağıq.

[Oyuna kimlərin başlayacağı ilə bağlı] qərar yalnız tibbi göstərişlərə əsaslanacaq. Əgər hər şey plana uyğun gedərsə, [Yonas] Urbiq qapıda olacaq. Əks təqdirdə, başqa bir həll yolu tapacağıq”, - deyə məşqçi UEFA-nın rəsmi saytında bildirib.

İdman.Biz