“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri London komandasının oyun tərzi ilə bağlı tənqidlərə cavab verib.
İdman.Biz bildirir ki, “Arsenal” İngiltərə Premyer Liqasına liderlik edir. Komanda Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
“Bir “Arsenal” azarkeşi olaraq, [onların üslubunu] bəyənməyə bilərəm, amma hörmət edirəm. Demirəm ki, onlar mütləq liqanı qazanacaqlar, amma əgər qazansalar, necə nail olsalar da, buna hörmət edəcəyəm.
Mənim nəyi bəyənməyimin, anamın və ya atamın nəyi bəyənməsinin fərqi yoxdur. Mikel Artetadan [qalib gəlməyin] bir yolunu tapmasını istədik və o tapdı. Bu çox sadədir. Mən liqanı qazanmaq istəyirəm, 22 il keçib.
Çox uzun müddətdir ki, “Arsenal” yetkinlik yaşına çatmamaqda, liderliyi qoruyub saxlaya bilməməkdə ittiham olunur. Çirkin qalib gələ bilərlərmi? Komanda məhz bunu edir və onlar bu işdə üstündürlər.
Mikel Arteta ilk dəfə gələndə sahib olduqları kimliyi itiriblərmi? Bəzən, Pepin [üslubundan], Slotdan inkişaf etmək üçün bir şey etməyə çalışsanız, kim olduğunuzu bir az unuda bilərsiniz. Üç il əvvəl insanlar “Arsenal”ın nə qədər yaxşı oynadığından danışırdılar, eyni zamanda qeyd etdiyim ittihamları irəli sürürdülər. İndi onlar belə oynayırlar, insanlarsa narazıdırlar”, - deyə Anri bildirib.
