“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı şərh verməkdən imtina edib.
İdman.Biz xəbər verir ki, Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir.
“Buna cavab verməyəcəyəm. İndi hazırda nələrimiz olduğunu - komandamla, hələ çox oyunu olan mövsümüm haqqında düşünməyin vaxtıdır və sonra görəcəyik”, - deyə insayder və jurnalist Fabritsio Romano sosial mediada Rodridən sitat gətirib.
29 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 26 oyun keçirib və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.
