Flik “Barselona”nın onun son iş yeri olduğunu istisna etməyib

17 Mart 2026 19:15
98
Flik “Barselona”nın onun son iş yeri olduğunu istisna etməyib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın onun son iş yeri olacağını istisna etməyib.

İdman.Biz bildirir ki, 61 yaşlı məşqçi “Barselona”nın rəhbərliyinə 2024-cü ilin yayında gəlib.

“Başqa bir kluba və ya buna bənzər bir şeyə getməyi düşünmürəm. “Barselona” mənim son klubum və karyeramda son iş yerim ola bilər. “Barselona”da çox xoşbəxtəm”, - jurnalist Fabrizio Romano Flikin sosial media səhifəsində dediyi sözləri sitat gətirib.

Flikin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Mediada əvvəllər alman məşqçinin “blauqrana” ilə müqaviləsini 2028-ci ilə qədər uzadacağı bildirilirdi. Flikin rəhbərliyi altında “Barselona” İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Superkubokunu (iki dəfə) qazanıb.

İdman.Biz