Arbeloa Mbappe və Bellingemin “Siti” ilə oyunda iştirakı ilə bağlı danışıb

16 Mart 2026 23:56
118
Arbeloa Mbappe və Bellingemin “Siti” ilə oyunda iştirakı ilə bağlı danışıb

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Cud Bellingemin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Siti”yə qarşı oynayacaqları oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, İspaniya klubu ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

“Dünyanın ən yaxşı oyunçusu olmadan rəqabət apara biləcək bir komanda təsəvvür etmək çətindir. Amma bu, bu komandanın nə qədər yaxşı olduğunu göstərir.

Bellingem komanda yoldaşları ilə gəlmək istəyirdi, amma sabah burada olmayacaq. Onun tezliklə məşqlərə qayıtmasına şadam. Mbappe hazırdır. Sabah görəcəksiniz.

Kilian komandaya Brahim [Dias] kimi digər oyunçulardan fərqli keyfiyyətlər gətirir, eyni zamanda onunla əla əlaqəsi var. O, çox ağıllı oyunçudur və rəqibin yaratdığı boşluqlardan istifadə edə bilir. Onu meydanda görməyi səbirsizliklə gözləyirəm”, - deyə AS Arbeloanın sözlərini sitat gətirir.

İdman.Biz