Neymar Braziliya millisinin qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib

16 Mart 2026 23:26
92
Neymar Braziliya millisinin qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarı qarşıdakı oyunlar üçün milli komandanın heyətinə daxil etməyib.

İdman.Biz bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidmətinə istinadən bildirir.

Braziliya millisi yaxın günlərdə iki yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

Komanda martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya ilə qarşılaşacaq.

İdman.Biz