Pedri yenilənmiş transfer dəyər reytinqində Bellingemı keçib

16 Mart 2026 22:25
88
Pedri yenilənmiş transfer dəyər reytinqində Bellingemı keçib

“Barselona”nın yarımmüdafiəçisi Pedri Transfermarkt-ın yenilənmiş reytinqində “Real Madrid”in oyunçusu Cud Bellingemi geridə qoyub.

İdman.Biz xəbər verir ki, daha əvvəl Bellingem Pedridən daha dəyərli idi, amma ispaniyalı indi ingilis yarımmüdafiəçini geridə qoyub: ispaniyalı yarımmüdafiəçinin bazar dəyəri 10 milyon avro artaraq 150 milyon avroya, Bellingeminki isə 20 milyon avro azalaraq 140 milyon avroya düşüb.

Mənbənin məlumatına görə, bu, ingilisin Madrid klubundakı statusunun azalması, ritmin olmaması və komandadakı rolunun dəyişməsi ilə bağlıdır. Digər tərəfdən, Pedri “blauqrana”da daha effektiv olmağa başlayıb.

Bu mövsüm Pedri 31 matçda iki qol vurub və 10 məhsuldar ötürmə edib, Bellingem isə klubun heyətində 28 oyunda altı qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz