Yurgen Klopp artıq “Real Madrid”in baş məşqçisi vəzifəsinə namizəd deyil - AS

30 Aprel 2026 23:24
143
Yurgen Klopp artıq “Real Madrid”in baş məşqçisi vəzifəsinə namizəd deyil - AS

“Real Madrid” alman məşqçi Yurgen Kloppun bacarıqlarını yüksək qiymətləndirir, lakin artıq onu “Los Blancos”un baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirmir.

İdman.Biz bu barədə AS-a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Klopp Almaniya milli komandasına təyinat gözləyir, lakin hazırkı milli məşqçi Yulian Nagelsmanın işinə hörmətlə yanaşır. Fürsət yaranana qədər Klopp “Red Bull Group”un idman direktoru vəzifəsində davam etmək niyyətindədir.

Əvvəllər media orqanları Kloppun “Real Madrid”də baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri olduğunu vurğulayırdılar.

İdman.Biz