FİFA prezidenti Canni İnfantino təşkilatın konqresində İran milli komandasının ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirakı barədə danışıb.
İdman.Biz bildirir ki, dünya çempionatının qrup mərhələsində İran milli komandası Los-Ancelesdə iki oyun keçirəcək. Digər oyun isə Sietldə keçiriləcək.
“İran 2026-cı il dünya çempionatında iştirak edəcək və oyunlarını ABŞ-da keçirəcək.
Səbəb çox sadədir. Biz birləşməli və insanlarla əlaqələrimizi qorumalıyıq. FİFA dünyanı birləşdirir. Biz həmişə müsbət münasibət saxlamağı unutmamalıyıq”, - deyə “Mundo Deportivo” İnfantinonun sözlərini sitat gətirib.
