“Atletiko Madrid”in hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalının Londonun "Arsenal" komandasına qarşı ilk oyununda (1:1) qol vurub.
İdman.Biz bildirir ki, argentinalı hücumçu Avropanın premyer turnirində bir mövsümdə 10 qol vuran ilk “Atletiko Madrid” oyunçusu olub.
Bu mövsüm Alvarez klubun heyətində bütün yarışlarda 48 oyun keçirib, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə hazırkı müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, hücumçunun transfer dəyəri 90 milyon avrodur.
Komandalar arasında cavab oyunu 5 mayda Londondakı “Emirates” stadionunda keçiriləcək.
