“Fənərbağça”nın kapitanı mərc oyunlarına görə bir illik diskvalifikasiya edilib

30 Aprel 2026 21:27
159
“Fənərbağça”nın kapitanı mərc oyunlarına görə bir illik diskvalifikasiya edilib

“Fənərbağça”nın kapitanı və yarımmüdafiəçisi Mert Yandaş mərc oyunlarında iştiraka görə bir il müddətinə diskvalifikasiya edilib.

İdman.Biz-in məlumatına görə, Peşəkar Futbol İntizam Komitəsi (PFDK) bu qərarı verib.

2025-ci ilin dekabr ayında Yandaş danışılmış oyunlar və mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs edilib. O, 2026-cı ilin fevral ayında ittiham olunub. Bildirilib ki, o, 17 il 10 aya qədər həbs cəzası ilə üzləşib. Aprelin əvvəlində Yandaş dörd ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Yandaş 2020-ci ilin yayından bəri “Fənərbağça”da oynayır. Bu müddət ərzində 31 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 149 oyunda meydana çıxıb, 11 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

İdman.Biz