Dembele, Qrizmann və Kvaratsxeliya Çempionlar Liqasında həftənin komandasında

30 Aprel 2026 20:40
139
Dembele, Qrizmann və Kvaratsxeliya Çempionlar Liqasında həftənin komandasında

Çempionlar Liqasının rəsmi social şəbəkə hesabında bu həftənin yarışının ən yaxşı oyunçularından ibarət simvolik komanda dərc edilib.

İdman.Biz həmin komandanı təqdim edir:

Qapıçı: David Raya (Arsenal).

Müdafiəçilər: Qabriel Maqalyaes (Arsenal), Deotşankul Upamekano (Bavariya), Mark Pubille (Atletiko Madrid).

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Joao Neveş (PSJ), Xviça Kvaratsxeliya (PSJ), Maykl Olise (Bavariya).

Hücumçular: Luis Diaz (Bavariya), Usman Dembele (PSJ), Antuan Qrizmann (Atletiko Madrid).

Builki turnirin finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.
Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir.

İdman.Biz