Usman Dembele Çempionlar Liqasında həftənin oyunçusu seçilib

30 Aprel 2026 18:34
160
Usman Dembele Çempionlar Liqasında həftənin oyunçusu seçilib

PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının həftənin oyunçusu seçilib. Bu barədə yarışın rəsmi sosial media hesabı X-də paylaşılıb.

İdman.Biz xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Bavariya”ya qarşı keçirilən oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Bu oyunda parislilər 5:4 hesabı ilə qalib gəliblər.

Dembele səsvermədə “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmannı üstələyib. Xatırladaq ki, “Atletiko Madrid” “Arsenal”la 1:1 hesablı heç-heçə edib.

“Bavariya” və PSJ arasında cavab oyunu 6 mayda “Arena Münich”də keçiriləcək.

İdman.Biz