“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinalının ilk oyunları üçün WhoScored-ə görə ən aşağı reytinqə layiq görülüb.
İdman.Biz bu barədə WhoScored-ə istinadən məlumat verir.
Manuel Noyerin “Pari Sen-Jermen”lə oyun üçün reytinqi 4.83 olub. “Bavariya” Çempionlar Liqasının yarımfinalının ilk oyununda səfərdə 4:5 hesabı ilə məğlub olub. “Pari Sen-Jermen” oyun ərzində qapıya beş zərbə endirib. Cavab oyunu 6 may çərşənbə günü Almaniyada keçiriləcək.
Çempionlar Liqasının digər yarımfinal oyununda İspaniyanın “Atletiko Madrid” klubu İngiltərənin “Arsenal” klubu ilə 1:1 hesablı heç-heçə edib. Cavab oyunu 5 may Çərşənbə axşamı günü İngiltərədə keçiriləcək.
