“Barselona” yayda iki futbolçusunu satmaq istəyir – sport.es

30 Aprel 2026 19:58
110
“Barselona” yayda iki futbolçusunu satmaq istəyir – sport.es

“Barselona” bu yay müdafiəçiləri Aleks Balde və Jül Kundeni satmağa hazırdır. “Blauqrana” yeni oyunçular əldə etmək üçün satışdan qazanc əldə etməlidir.

İdman.Biz bu barədə sport.es-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kataloniya klubu komandanın əsas heyətini əhəmiyyətli dərəcədə dəyişdirmədən bir neçə böyük transfer etmək niyyətindədir. Həm Balde, həm də Kundeyə ciddi maraq var. Xüsusilə “Mançester Yunayted” Balde ilə maraqlanır. “Barselona” müdafiəçinin 50 milyon avrodan baha oduğuna əmindir.

Kunde klubda xoşbəxtdir və getmək istəmir. Lakin “blauqrana” onun üçün mümkün transfer təklifi alınacağı təqdirdə onu dinləyəcəklərini açıq şəkildə bildirib.

İdman.Biz