Oliver Qlasner: “Bu matçı səbirsizliklə gözləyirik”

30 Aprel 2026 22:13
177
Oliver Qlasner: “Bu matçı səbirsizliklə gözləyirik”

“Kristal Palas”ın baş məşqçisi Oliver Qlasner Konfrans Liqasının yarımfinal mərhələsində “Şaxtyor Donetsk”lə keçiriləcək oyun barədə danışıb.

İdman.Biz bildirir ki, oyun bu gün Polşanın Krakov şəhərindəki “Henrik Reyman” stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Hamımız bu matçı səbirsizliklə gözləyirik. Bu, vacib bir oyundur, “Şaxtyor”a qarşı yarımfinal. İlk dörd komanda qalır. Soyunub-geyinmə otağında əla atmosfer var - hətta “Liverpul”a məğlubiyyətdən sonra belə, bundan çox şey öyrəndik”, - Qlasner UEFA-nın rəsmi saytında bildirib.

Cavab oyunu 7 may, cümə axşamı günü İngiltərədə keçiriləcək.

İdman.Biz