“Barselona” və “Liverpul” mövsümöncəsi təlim-məşq toplanışı çərçivəsində Keniyanın paytaxtı Nayrobidə yoldaşlıq oyunu keçirə bilərlər.
İdman.Biz bu barədə Sport.es-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Kataloniya klubu 2026-cı ilin iyul ayında təlim-məşq toplanışı üçün Birminhemə getməyi planlaşdırır. Daha sonra “blauqrana” ya Mərakeşdə yerli komandaya qarşı oyun keçirəcək, ya da Keniyada mersisaydlılarla qarşılaşacaq.
Bundan əlavə, mövsümöncəsi təlim-məşq toplanışının son mərhələsində “Barselona” Qamper Kubokunu təşkil edəcək. Joan Qamper Kuboku Kataloniya klubu tərəfindən keçirilən illik yoldaşlıq turniridir. İlk dəfə 1966-cı ildə o vaxtkı Kataloniya prezidenti Enrike Llodenin təşəbbüsü ilə keçirilib. Kubok “Barselona”nın əfsanəvi prezidenti və qurucusu Joan Qamperin şərəfinə adlandırılıb.
