“Roma” yeni titul sponsorunu açıqladı: Razılaşma mübahisəli qarşılandı

14 Mart 2026 17:33
54
“Roma” yeni titul sponsorunu açıqladı: Razılaşma mübahisəli qarşılandı

İtaliyanın “Roma” klubu nəhayət ki, yeni titul sponsorunu tapıb, lakin bu razılaşma həm azarkeşlər, həm də media tərəfindən qarışıq reaksiyalarla qarşılanıb.

İdman.Biz xəbər verir ki, İtaliyada bukmeker kontorları ilə rəsmi sponsorluq qadağandır.

“Roma” bu problemi kağız üzərində “Eurobet Live” - statistik platforma ilə müqavilə bağlayaraq həll edib.

Müqavilənin müddəti 3 il, ümumi dəyəri isə 50 milyon avro təşkil edir. Maliyyə feyr-pley qaydalarına uyğun olaraq, klub 8 milyon avronu dərhal alacaq.

Yeni sponsorun loqosu formanın dizaynı ilə uyğunsuz görünür. Azarkeşlər bildirirlər ki, loqo çox böyükdür və şrift “ağır” təsir bağışlayır. Bu isə formanın estetik görünüşünə mənfi təsir edir.

İdman.Biz