Martin Demikelis “RB Leypsiq”in baş məşqçisi olacaq

13 İyun 2026 03:12
116
Martin Demikelis “RB Leypsiq”in baş məşqçisi olacaq

“Bavariya” və “Mançester Siti”nin keçmiş müdafiəçisi, hazırda “Malyorka”nı çalışdıran Martin Demikelis “RB Leypsiq”in baş məşqçisi olacaq.

İdman.Biz bildirir ki, jurnalist və insayder Fabrizio Romano məlumat verib.

Mənbənin məlumatına görə, alman klubu müdafiəçi üçün transfer bəndi ödəyəcək və argentinalı mütəxəssis Ole Verneri “Leypsiq”in məşqçisi vəzifəsində əvəz edəcək.

Oyunçu kimi Demikelis “Bavariya” ilə dörd Almaniya çempionluğu, “Mançester Siti” ilə iki Premyer Liqa titulunu və iki Liqa Kubokunu qazanıb. O, həmçinin Argentina millisində 51 oyun keçirib. Məşqçi kimi o, “Bavariya”nın ikinci komandasında çalışıb, həmçinin “River Pleyt” və “Monterrey”i də çalışdırıb.

İdman.Biz