“Borussiya” Dortmund Nuri Şahinə əmanət

Xəbərlər
29 Dekabr 2023 10:39
151
“Borussiya” Dortmund Nuri Şahinə əmanət

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin “Borussiya”nı çalışdıracaq.

İdman.biz xəbər verir ki, o, növbəti mövsümdən Dortmund klubu ilə əməkdaşlığa başlayacaq.

Şahin əvvəlcə hazırkı baş məşqçi Edin Terziçin heyətində yer alacaq. Türkiyəli mütəxəssis növbəti mövsümdən “Borussiya”da əsas vəzifəni tutacaq. Terziç isə klubda idman direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, Şahin 17 yaşında Dortmund klubuna futbolçu kimi gəlib və fasilələrlə 11 il komandada çıxış edib. O, 2021-ci ildən “Antalyaspor”da baş məşqçi əvəzi vəzifəsini tutur.

Məqalədə: