Klopp ilk məğlubiyyətdən sonra sakitdir: “Bu, prosesin bir hissəsidir”

28 Sentyabr 2026 02:13
76
Klopp ilk məğlubiyyətdən sonra sakitdir: “Bu, prosesin bir hissəsidir”

Almaniya futbol millisinin baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasında Yunanıstana 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis milli komandanın sükanı arxasında ilk məğlubiyyətini faciə kimi qəbul etmədiyini bildirib.

“Nəticə xoş deyil. Amma bu, prosesin bir hissəsidir, tamamilə belədir”, - deyə Klopp bildirib.

Mütəxəssis Yunanıstanın aşağı blokda müdafiə etdiyini və komandasının oyunda ritmi qorumaqda çətinlik çəkdiyini qeyd edib:

“Bu oyunu qazana bilməməyimizlə barışa bilərdim, amma uduzmaq olmazdı. Biz cəmi bir həftədir birlikdəyik, heyət yenidir və bizə oyun əlaqələri lazımdır. Müəyyən məqamdan sonra onlar yox oldu. Futbol üçün məşq lazımdır”.

Klopp start heyətində etdiyi çoxsaylı dəyişikliklərə görə məsuliyyəti də üzərinə götürüb. Onun sözlərinə görə, dörd milli oyunun keçirildiyi uzun toplanış dövründə mümkün qədər çox məlumat əldə etməyə çalışır.

“Bu həftə hər şey əla idi, oyunun böyük hissəsi istisna olmaqla”, - deyə Almaniya millisinin çalışdırıcısı əlavə edib.

Qeyd edək ki, Almaniya oktyabrın 1-də Münhendə Serbiya ilə qarşılaşacaq. Oktyabrın 4-də isə yığma səfərdə Yunanıstanla cavab oyununa çıxacaq.

İdman.Biz