“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşmasında iki rekord qıra bilər.
İdman.Biz xəbər verir ki, 33 yaşlı futbolçu “Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrageri keçərək klubun Çempionlar Liqasında ən çox oyun keçirən oyunçusu ola bilər (hər ikisinin hazırda 80 oyunu var).
Salah həmçinin yarışda 50 qola çatan ilk afrikalı oyunçu olmaqdan bir qol geridədir (hazırda 49 qolu var).
Bu mövsüm Salah “Liverpul”da bütün yarışlarda 30 oyuna çıxıb, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib.
