21-ci əsrdə “Barselona”da bir mövsümdə yalnız iki ispan Yamaldan daha çox qol vurub

8 Mart 2026 09:08
85
21-ci əsrdə “Barselona”da bir mövsümdə yalnız iki ispan Yamaldan daha çox qol vurub

“Barselona”nın ispaniyalı cinah oyunçusu Lamin Yamal 2025/26 mövsümünün 27-ci turunda “Atletik Bilbao” ilə oyunda (1:0) qələbə qolunu vurub.

İdman.Biz xəbər verir ki, bu qol 18 yaşlı ispan futbolçunun hazırkı liqa mövsümündə vurduğu 14-cü qol olub.

“Opta Sport”un məlumatına görə, 21-ci əsrdə “Barselona” üçün bir mövsümdə La Liqada daha çox qol vuran yalnız iki ispan oyunçu var. 2010/2011 mövsümündə David Vilya 18, 2013/2014 mövsümündə isə Pedro Rodriges 15 qol vurub.

Yamal bu mövsüm klubun heyətində bütün yarışlarda 35 oyun keçirib, 18 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun təxmini dəyəri 200 milyon avrodur.

İdman.Biz