“Qalatasaray”da Lukas Toreyra müjdəsi: “Uzun illər burada qalmaq istəyirəm”

8 Mart 2026 10:48
89
“Qalatasaray”da Lukas Toreyra müjdəsi: “Uzun illər burada qalmaq istəyirəm”

Türkiyənin “Qalatasaray” furbol komandasının azarkeşlərinə derbi qələbəsindən sonra daha bir şad xəbər gəlib. Komandanın əsas simalarından olan Lukas Toreyra “Beşiktaş” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra gələcəyi ilə bağlı mühüm açıqlama verib.

İdman.Biz xəbər verir ki, Toreyra komandadakı atmosferdən və qələbənin əhəmiyyətindən danışaraq komandadan ayrılmaq niyyətində olmadığını da vurğulayıb.

“Artıq dörd ildir buradayam. Ümid edirəm ki, uzun illər bu klubun uğurları üçün çalışacağam”, - deyə futbolçu söyləyib.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi bu mövsüm “sarı-qırmızılılar”ın heyətində göstərdiyi oyunla komandanın sütunlarından birinə çevrilib. İndi “Qalatasaray” bütün diqqətini qarşıdakı çətin sınağa - “Liverpul”la keçiriləcək matça yönəldib.

İdman.Biz