Bu gün futbol üzrə Misli Premyer Liqasının 23-cü turu çərçivəsində iki oyun keçiriləcək. Günün ilk qarşılaşmasında "Şamaxı" - "İmişli"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, oyun Şamaxı şəhər stadionunda keçiriləcək.
Matç saat 15:00-da başlayacaq. “Şamaxı” 26 xalla turnir cədvəlində səkkizinci sıradadır, "İmişli" isə 21 xalla rəqibdən bir pillə geridədir.
Misli Premyer Liqası
İkinci dövrə, 23-cü tur
8 mart (bazar)
15:00. “Şamaxı” - “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu.
