Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”ı minimal hesabla məğlub edib - VİDEO

7 Mart 2026 23:41
79
Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”ı minimal hesabla məğlub edib

Türkiyə Superliqasında 25-ci turun iki oyunu baş tutub.

İdman.Biz bildirir “Beşiktaş” “Qalatasaray”la üz-üzə gəlib.

Oyun 1:0 hesabı ilə “Qalatasaray”ın xeyrinə qurtarıb.

Yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub.

“Qalatasaray” 61 xalla turnir cədvəlində birincidir. “Beşiktaş”ın 46 xalı var.

Turun digər oyununda “İstanbul Başakşehir” “Göztəpə”ni qəbul edib. Matç 2:1 hesabı ilə “Başakşehir”in qələbəsi ilə bitib.

Qoları qaliblərdən Ömər Ali Şahiner (13) və İvan Brniç (69), məğlublardan isə Aleksis Antunes (39) vurublar.

İdman.Biz