“Atletiko”nun idman direktoru Qrizmannı MLS-ə transferi ilə bağlı şayiələrə reaksiya verib

8 Mart 2026 01:19
85
“Atletiko”nun idman direktoru Qrizmannı MLS-ə transferi ilə bağlı şayiələrə reaksiya verib

“Atletiko Madrid”in idman direktoru Mateu Alemani hücumçu Antuan Qrizmannın MLS-in “Orlando Siti” klubuna transferi ilə bağlı şayiələrə münasibət bildirib.

“Qrizmann bizimlə qalır”, - Alemani deyib.

Bildirilir ki, Amerika klubu bu yay fransız futbolçu üçün pulsuz transfer üzərində işləyir.

34 yaşlı Qrizmann 210 qolla klubun bütün zamanların ən çox qol vuran oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 38 oyunda meydana çıxıb, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

İdman.Biz