Fransa Liqa 1 mövsümünün 25-ci turunun “Tuluza” və “Marsel” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun Tuluza şəhərinin eyniadlı stadionunda baş tutdu. Qonaq komanda 1:0 hesablı qələbəni qeyd edib.
“Marsel”in yarımmüdafiəçisi Meyson Qrinvud matçın yeganə qolunu 18-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə vurub.
Fransa liqasında 25 oyundan sonra “Marsel”in 46 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Tuluza” 31 xalla 12-ci yerdədir.
Turun digər oyunlarında “Anje” səfərdə “Nant”dan 1:0 hesabı ilə üstün olub, “Oser”lə “Strasburq” isə qolsuz bərabərliklə ayrılıblar.
