Rayan Qravenberx “Liverpul”la yeni müqavilə imzalayıb

8 Mart 2026 03:15
259
Rayan Qravenberx “Liverpul”la yeni müqavilə imzalayıb

Yarımmüdafiəçi Rayan Qravenberx “Liverpul”la müqaviləsini 2032-ci ilə qədər yeniləyib.

İdman.Biz xəbər verir ki, Qravenberx 2023-cü ildə “Bavariya”dan “Liverpul”a keçib.

“Özümü çox yaxşı hiss edirəm. Belə böyük bir klubla müqaviləmi uzatdığım üçün çox qürur duyuram. Buna görə də daha uzun illər qala biləcəyim üçün çox xoşbəxtəm.

Dərhal klubun, o cümlədən menecerin etimadını hiss etdim. Bu, mənim üçün asan bir qərar idi. Ailəm də burada xoşbəxtdir. Artıq üç ilə yaxındır ki, buradayıq, ona görə də artıq hər şeyi bilirəm. Burada olduğum üçün xoşbəxtəm.
Qısa müddətdə (məqsədim) mövsümü mümkün qədər yaxşı başa vurmaqdır. Uzun müddətdə isə “Liverpul”la daha çox kubok qazanmaqdır.

(Azarkeşlərlə) çox yaxşı münasibətim var. Stadionda hər dəfə yaxşı bir şey edəndə onların mənim mahnımı oxuduğunu eşidirəm. Azarkeşlərə çox minnətdaram, çünki onlar olmasaydı, indiki vəziyyətimizdə olmazdıq. Gələcəkdə onlara daha çox (kubok) vermək istəyirik və ümid edirəm ki, bunu edə bilərik”, - Qravenberx bildirib.

Yarımmüdafiəçi “qırmızılar”ın heyətində 123 oyunda meydana çıxıb və səkkiz qol vurub.

İdman.Biz