“Mançester Siti” “Nyukasl”ı İngiltərə Kubokundan kənarlaşdırıb - YENİLƏNİB + VİDEO

8 Mart 2026 02:07
314
“Mançester Siti” “Nyukasl”ı İngiltərə Kubokundan kənarlaşdırıb

İngiltərə Kubokunun 1/8 finalında “Nyukasl Yunayted” və “Mançester Siti” arasında keçirilən oyun başa çatıb.

“Şəhərlilər” 3:1 hesabı ilə qalib gəliblər. Oyun “Sent-Ceyms Park”da (Nyukasl-apon-Tayn) keçirilib.

18-ci dəqiqədə Harvi Barns ev sahibi komandaya hesabı açıb. 39-cu dəqiqədə Savio bərabərlik qolunu vurub. 47-ci dəqiqədə Omar Marmuş qonaqlara hesabı açdı və 65-ci dəqiqədə ikinci qolunu vurub.

00:42

İngiltərə Kubokunun 1/8 finalında “Reksem” və “Çelsi” arasında keçirilən oyun başa çatıb.

Londonlular 4:2 hesabı ilə qalib gəliblər. Qarşılaşma Uelsin Reksem şəhərindəki “Racecourse Ground” stadionunda baş tutub.

18-ci dəqiqədə Sem Smit hesabı açaraq “qırmızı əjdahalar”ı irəli çıxarıb. 40-cı dəqiqədə Artur Okonkvo öz qapısına qol vuraraq hesabı bərabərləşdirib. 79-cu dəqiqədə Kallum Doyl, 82-ci dəqiqədə isə Coş Açeamponq bərabərlik qolunu vurub. Alehandro Qarnaço “göylər”in üçüncü qolunu 96-cı dəqiqədə vurub, Joao Pedro isə 120+5-ci dəqiqədə londonluların üstünlüyünü artırıb.

Dörddəbir final oyunlarının püşkatması martın 9-da keçiriləcək.

18:21

“Mensfild Taun” və “Arsenal” arasında keçirilən İngiltərə Kubokunun beşinci raund matçı başa çatıb.

İdman.Biz bildirir ki, İngiltərə Premyer Liqası komandası 2:1 hesabı ilə qalib gələrək ¼ finala çıxıb. Oyun Mensfilddəki “One Call” stadionunda baş tutub.

Noni Madueke 41-ci dəqiqədə hesabı açaraq qonaqların hesabda irəli çıxmasını təmin edib. 50-ci dəqiqədə Uill Evans hesabı b\rabərləşdirib. 66-cı dəqiqədə Ebereçi Eze qələbə qolunu vurub.

Dörddəbir final oyunlarının püşkatması 9 martda keçiriləcək.

İdman.Biz