Almaniya Bundesliqasının 25-ci turunun “Frayburq” və “Bayer” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Almaniyanın Frayburq-im-Braysqau şəhərindəki “Europa-Park” stadionunda baş tutub və 3:3 hesablı heç-heçə ilə bitib.
Ev sahibi yarımmüdafiəçi Vinçenzo Qrifo matçın ilk qolunu 34-cü dəqiqədə vurub. Qonaq hücumçu Kristian Kofane 37-ci dəqiqədə hesabı bərabərləşdirib. “Frayburq”un yarımmüdafiəçisi Yuito Suzuki 43-cü dəqiqədə komandasını irəli çıxarıb. 45+3-cü dəqiqələrdə müdafiəçi Alexandro Qrimaldo hesabı yenidən bərabərləşdirib. İkinci hissədə “Leverkuzen”in hücumçusu Martin Terye 52-ci dəqiqədə qol vurub. 86-cı dəqiqədə “Frayburq”un müdafiəçisi Mattias Ginter hesabı 3:3 edib.
Bu oyundan sonra “Frayburq” Almaniyanın yüksək divizion turnir cədvəlində 34 xalla səkkizinci, “Bayer” isə 44 xalla beşinci yerdədir.
Turun digər oyunları belə başa çatıb:
“RB Leypsiq” – “Auqsburq” – 2:1
“Volfsburq” – “Hamburq” – 1:2
“Haydenhaym” – Hoffenhaym” – 2:4
“Mayns” – “Ştutqart” – 2:2
