“Bavariya”nın mətbuat xidməti rəsmi saytında qapıçı Manuel Noyerin Almaniya Bundesliqasının 25-ci turunda “Borussiya Mönhenqladbax” üzərində 4:1 hesablı qələbə qazandıqları oyunda sol baldırından zədə aldığını açıqlayıb.
İdman.Biz bildirir ki, 39 yaşlı dünya çempionu fasilədə əvəzlənib.
Alman nəhəngi açıqlamasında Noyerin müvəqqəti olaraq sıradan çıxdığını vurğulayıb, lakin onun sağalma müddətini dəqiqləşdirməyib.
Noyer bu mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 4 milyon avrodur.
