“Tottenhem” azarkeşlərin davranışına görə UEFA-nın cəriməsi ilə bağlı açıqlama verib

3 Mart 2026 00:39
89
“Tottenhem” azarkeşlərin davranışına görə UEFA-nın cəriməsi ilə bağlı açıqlama verib

İngiltərənin “Tottenhem” klubu UEFA-nın Çempionlar Liqasının 8-ci turunda Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə oyunda azarkeşlərinin davranışı ilə bağlı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, klub 28 yanvarda Frankfurtda baş verən hadisəyə görə 30.000 avro cərimə olunub. “Tottenhem” matçı 2:0 hesabı ilə qazanıb.

“Klub, Frankfurtda keçirilən Çempionlar Liqasının səfər oyunumuzda kiçik bir qrupun son dərəcə iyrənc davranışından sonra UEFA tərəfindən tətbiq edilən sanksiyalar barədə məlumatlandırılıb.

Klub, həmin axşam UEFA istintaqı ilə yanaşı, Almaniya polisi və daha sonra U-Bahn polisi ilə tam əməkdaşlıq edib.
Təsdiq edə bilərik ki, “Ayntraxt Frankfurt” azarkeşlərinə nasist salamı verməkdə günahkar bilinən hər üç şəxs klubun sanksiya və qadağa siyasətinə uyğun olaraq müəyyən edilib və onlara daimi qadağalar qoyulub.

Klub bütün ayrı-seçkilik formalarına qəti şəkildə qarşıdır və buna görə də ən qətiyyətli addımı atıb. Həmin axşam azsaylı azsaylı azarkeşlərin iyrənc davranışı heç bir şəkildə klubumuzun və azarkeşlərinin dəyərlərini əks etdirmir”, - klubun rəsmi sosial media səhifəsindəki açıqlamasında deyilir.

İdman.Biz