“Brentford” baş məşqçisi ilə uzunmüddətli müqavilə imzalayıb

26 Fevral 2026 22:32
106
“Brentford” baş məşqçisi ilə uzunmüddətli müqavilə imzalayıb

“Brentford” baş məşqçi Kit Endryusun müqaviləsini uzadıb.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən bildirir.

Mütəxəssis klubla 2032-ci ilin yayına qədər olan uzunmüddətli müqavilə imzalayıb.

Endryus komandanı ötən yay təhvil alıb. Əvvəllər o, “Brentford”da Tomas Frankın heyətində yer alırdı. O, həmçinin “Şeffild Yunayted” və İrlandiya milli komandasında da çalışıb.

27 Premyer Liqa oyunundan sonra “Brentford” 40 xalla turnir cədvəlində yeddinci yerdədir. “Arsenal” isə 61 xalla turnir cədvəlinə başçılıq edir.

“Brentford”un Premyer Liqadakı növbəti oyunu 28 fevral şənbə günü səfərdə “Börnli” ilə olacaq.

İdman.Biz